Almaniya Xarici İşlər Nazirliyi Aərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasına dair razılaşma və Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasını alqışlayıb. Bizim.Media xəbər verir ki, bu barədə Almaniya XİN bəyanat yayıb. “Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırır. Almaniya davamlı sülh yolunda hər cür dəstəyi verməyə hazırdır”, - deyə XİN məlumatında qeyd edilib. Bizim.Media