“Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir”. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ğzünün “X” hesabında qeyd edib. “Buna uyğun olaraq əlaqələri hər ötən gün daha da gücləndirərək, möhkəm körpülər inşa edirik”. Diplomat qeyd edib ki, bu gün Bakıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan 1000-ə yaxın kardioloqun iştirakı ilə konqres keçirilib. Bizim.Media