Dünya

Almaniyada avtobus aşdı - 27 şagird xəsarət aldı

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb. Bizim.Media xəbər verir ki, bu barədə “DW” məlumat yayıb. Məlumata görə, içərisində 15-17 yaşlı məktəblilərin də olduğu avtobus A45 şosesində yoldan çıxaraq aşıb. Bildirilib ki, şagirdlərdən dördü ağır yaralanıb və xəstəxanaya aparılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır. Bizim.Media