Digər

“Səbail” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tur başa çatıb. Bizim.Media xəbər verir ki, son oyun günü “Araz Naxçıvan” “Səbail”i qəbul edib. “Liv Bona Dea” arenada keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Səbail”in heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev fərqlənib. Qeyd edək ki, turun digər görüşləri bu nəticələrlə başa çatıb: “Turan Tovuz” – “Sumqayıt”- 1:4, “Qarabağ” – “Qəbələ” - 2:2, “Zirə” – “Neftçi” - 3:1, “Kəpəz” – “Sabah” - 1:2.  

Bizim.Media