Siyasət

"İlham Əliyevin qətiyyəti sayəsində düşmən darmadağın edildi" - Deputat

"Azərbaycan Prezidenti 4 kəndin geri qaytarılmasına da nail oldu. Hərbi, siyasi, diplomatik, iqtisadi uğurlar, xalqımızın bir yumruq ətrafında birləşən iradəsi qələbəmizin miqyasənı böyütdü".   Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılmasını şərh edərkən deyib. Deputat bildirib ki, 4 kəndin işğaldan azad olunması olduqca mühüm hadisədir: "Ancaq bilirik ki, bu çox da sadə məsələ deyildi. Çünki müharibədən keçən dövr ərzində Azərbaycan vaxtilə yaradılan Dağlıq Qarabağ adlandırılan süni inzibati ərzaidə suveren hüquqlarını bərpa etdi. Ancaq 4 kəndin qaytarılmasını isə ermənilər prinsipial məsələyə çevirmişdilər. Ermənilər onların qaytarılmasını dünya ictimaiyyətinə az qala Ermənistan dövlətinin sona çatmasına bərabər hadisə kimi təqdim edirdi. Ona görə də Avropa ölkələri, islamofob mərkəzlər, dünya erməniçiliyi 4 kəndimizin qaytarılmaması üçün əllərindən gələni etdilər".    Həmsöhbətimiz vurğulayıb ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələri 4 kənd məsələsində İrəvanın arxasında durdu, Ermənistan ordusunu gücləndirmək üçün müəyyən addımlar atdılar: "Amma onların bütün bu yersiz cəhdləri dəmir yumruğun iradəsi önündə əyilmək məcburiyyətində qaldı. Nəticədə Qazaxın 4 kəndi qaytarıldı. Burada dəmir yumruğun bütün komponentlərinin gücünü gördük. Azərbaycan Prezidenti 4 kəndin geri qaytarılmasına nail oldu. Bu, böyük tarixi qələbədir. Həmçinin, bu hərbi strateji əhəmiyyətdən daha çox ermənilərə vurulan mənəzi-psixoloji zərbə idi. Çünki Azərbaycana qarşı səfərbər edilən bütün islamofob mərkəzləri, dünya erməniləri və Qərbin bəzi ölkələrinin mövqeləri Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində darmadağın edildi". Qeyd edək ki, Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Belə ki, aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Rüfət Sultan