Siyasət

İlham Əliyev: “Rusiya ilə İran arasında dəmir yolunun yeni hissələrinə ehtiyac var”

Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub dəhlizi çərçivəsində daha bir möhtəşəm layihəni açıqlayıb. Bizim.Media xəbər verir ki, bu barədə dövlətimizin başçısı rusiyalı hımkarı Vladimir Putinlə BAM-ın veteran inşaatçıları ilə birgə görüşdə bildirib. İlham Əliyev Azərbaycan-Rusiya sərhədini Azərbaycan və İran sərhədi ilə birləşdirən dəmir yolunun olduğunu xatırladıb, lakin onun sözlərinə görə, “yükgöndərənlərin ehtiyacları diktə edir ki, bu yolun yeni hissələrinə ehtiyac var ki, biz onun boyu yük daşımalarını artıra bilək”. Bizim.Media