COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında məlumat verilib. “Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antoniu Quterrişlə görüşüb. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 ºC-nin əlçatan olması üçün hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – deyə məlumatda qeyd edilib.