"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər”. Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Metyu Brayza bildirib. O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmalıdır fikrindən sonra isə vəziyyət dəyişdi: “Putin buna cavab olaraq bildirdi ki, “yaxşı, deməli sizin bizə ehtiyacınız yoxdur"”. Brayza bildirib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər: “Lakin regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm”. Məhərrəm Əliyev, Bizim.Media