“Biz sabah Laçına yola düşəcəyik. Bu isə bizə orada baş verənlərlə bağlı ətraflı məlumat almağa imkan verəcək. İşğaldan azad olunmuş Qarabağın yenidən qurulmasına şahidlik etmək çox gözəl hissdir”. Bizim.Media xəbər verir ki, bunu ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Rumıniyanın Münaqişələrin Qarşısının alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Kifu jurnalistlərə açıqlamasında bildirib. O, keçirilən tədbirlə bağlı təəssüratlarını da bölüşüb: "Hər il olduğu kimi çox mükəmməl bir tədbir keçdi. Çünki bu tədbirdə Prezidentin şəxsən özündən onun üçüncü ölkələrlə siyasətinin gələcək perspektivləri barədə məlumat almaq imkanımız oldu”. Məhərrəm Əliyev, Bizim.Media