Rusiya sülhməramlıları Xankəndi-Laçın yolunda, Şuşaya gedən yolun kənarında postlarını söküblər. Bizim.Media xəbər verir ki, bir gün əvvəl çəkilən görüntüləri "Bakburila" Telegram kanlı yayıb. Videoda aydın görünür ki, rus əsgəri ərazidə qaldırılan Rusiya bayrağını aşağı endirir. Xatırladaq ki, həmin postun ətrafında ekoloqlarımız aksiya keçiriblər. Sözün əsl mənasında suverenliyimizin bərpasına gətirib çıxaran bütün hadisələr məhz burada baş verib.
Bizim.Media