Siyasət

Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı

Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.  

Bizim.Media “Ahram online”a istinadla xəbər verir ki, rəsmi bəyanatda Misir Xarici İşlər Nazirliyi bu razılaşmanın müsbət irəliləyiş olduğunu bəyan edib.  

Nazirlik bu mühüm addımı yüksək qiymətləndirərək, hər iki tərəfi sülh sazişinin əldə edilməsi üçün etimadı artıran yeni addımlar atmağa çağırıb. Bizim.Media