Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər. Podqoritsa hava limanında nümayəndə heyətini Monteneqro Parlamentinin sədri Andriya Mandiç, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Nada Lakoviç, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev, Monteneqronun Azərbaycandakı səfiri Perisa Kastrotoviç və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub. Bizim.Media