Xəbər verdiyimiz kimi aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar. Bizim.Media xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib. Daha sonra İlham Əliyev və Sadır Japarov Ağdamda Ağdam Konfrans Mərkəzi, Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. İki dövlət başçısı daha sonra Ağdamda Şahbulaq qalasında olublar. Daha ətraflı videoda:
Bizim.Media