“Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcək”. Bizim.Media xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok aprelin 26-da Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı deyib. Annalena Berbok “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd edib. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirib. Bizim.Media