Siyasət

COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxas ilə görüş keçirib. Bizim.Media xəbər verir ki, bu barədə COP29-un "X" hesabında məlumat verilib. “COP29 təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxas ilə görüşüblər. COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, - deyə paylaşımda qeyd olunub.