Siyasət

Azərbaycan İrpen şəhərində daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq", - mer əlavə edib. Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib. Bizim.Media