Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub. Bizim.Media xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. "Zirə" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətlə Bakı klubu 2-ci pilləyə yüksəlmək şansını itirib. "Araz-Naxçıvan" isə bu qələbə ilə 8-ci pilləyə qalxıb. 29 aprel (bazar ertəsi) 19:00. “Zirə”– “Araz-Naxçıvan” - 0:1 Qol: İqor Rebeyro 89 Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı Zirə İdman Kompleksinin stadionu 28 aprel (bazar) “Sumqayıt” –“ Qarabağ” - 1:0 “Neftçi” – “Turan Tovuz” - 3:0 “Qəbələ” – “Kəpəz” - 0:1 27 aprel (şənbə) “Sabah” – “Səbail” - 2:0 Bizim.Media