Siyasət

Avropa Komissiyasının yüksəkvəzifəli şəxsi Azərbaycana səfər edəcək

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-ü tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayılıb. Məlumata görə, baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. “Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, - nümayəndəlikdən bildirilib. Bizim.Media