Siyasət

Polşalı səfir: “Azərbaycanla münasibətlərimizin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnunuq”

“Polşa Azərbaycanla münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnundur”. Bizim.Media xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Varşavada Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib. O qeyd edib ki, 2023-cü ildə 2022-ci illə müqayisədə Polşanın Azərbaycana ixracının ümumi həcmi 36 faiz, ərzaq məhsullarının ixracı isə təxminən 50 faiz artıb:  “Keçən il Polşaya 2022-ci ilə nisbətən 30% çox azərbaycanlı səfər edib, viza müraciətlərinin sayı 32% artıb. Azərbaycanda biznes imkanları axtaran polşalı sahibkarların artan marağının şahidi oluruq. Ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”. Bizim.Media