“Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”. Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi brifinq zamanı bildirib. O, Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngi ilə bağlı suala cavabında qeyd edib ki, bu məsələ ilə Dövlət katibi şəxsən məşğul olur: “Blinken Dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”. Bizim.Media