Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman Ağdama səfər edib. Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi özünün "X" hesabında paylaşım edib. "Ərazilərin minalardan təmizlənməsi üzrə yerli ehtiyaclar haqqında ətraflı öyrənmək üçün bu gün Azərbaycanın qərbində, Ağdamda səfərdə oldum. Avropa İttifaqının dəstəyinin icmaların həyatında necə dəyişiklik etdiyini görməyə şadam", - deyə Koopman qeyd edib. Bizim.Media