Siyasət

ABŞ səfiri Füzuli məktəbində olub - FOTO

ABŞ səfiri Mark Libby Füzuli şəhərinə səfər edib. Bizim.Media xəbər verir ki, bu barədə ABŞ səfirliyinin rəsmi “X” hesabında qeyd edilib. Məlumata görə, səfir Füzuli şəhərində məktəbdə olub. "Biz Füzuli rayonunun ingilis dili müəllimləri və şagirdləri ilə maraqlı söhbət apardıq. Onların tədrisə sadiqliyi çox ruhlandırır və bu bölgənin gələcək inkişafına böyük töhfə verəcəkdir. Səfirliyin maliyyələşdirdiyi müəllim bacarıqlarının artırılması proqramları vasitəsilə keçmiş tərəfdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə birgə işləməyi səbirsizliklə gözləyirik. Bu gün Danusia və məni qəbul etdiyiniz üçün təşəkkür edirəm!”, – deyə paylaşımda qeyd edilib.  

Bizim.Media