Siyasət
İlham Əliyev və Robert Fiko mətbuata bəyanatla çıxış etdi (YENİLƏNİB)
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fiko mətbuata bəyanatlarla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.
Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.
Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.
Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.
Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.
15.46
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko mayın 7-də mətbuata bəyanatlarla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə dövlət başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı:

13.28
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
13.07
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko imzalayıblar.
12.55
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fiko ilə geniş tərkibdə görüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bu, Sizin birinci səfərinizdir, əminəm ki, səfər çox uğurlu keçəcək.
Biz indi təkbətək görüşdə bir çox önəmli məsələləri müzakirə etdik. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi apardıq və biz bir fikirdə həmrəyik ki, bu əlaqələrin çox gözəl gələcəyi var. Həm siyasi, həm iqtisadi, enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Mən hesab edirəm ki, Sizin səfəriniz əlaqələrimizin yeni səhifəsini açacaq. Çünki bu gün müzakirə edilən məsələlərin əhatə dairəsi o qədər genişdir ki, bu məsələlərin həlli bizim münasibətlərimizi çox yüksək səviyyəyə qaldıracaqdır.
Eyni zamanda, bu gün bundan bir qədər sonra biz Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayacağıq. Bu da çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir.
İndi biz nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, əldə ediləcək razılaşmalar vaxtlı-vaxtında icra olunacaq və beləliklə, bizim əməkdaşlığımız daha sürətlə inkişaf edəcək.
Bir daha xoş gəlmisiniz.
x x x
Slovakiyanın Baş naziri Robert Fiko dedi:
- Hörmətli Prezident.
Hörmətli qonaqlar və dostlar.
Bizi qəbul etdiyiniz üçün və ölkənizə xas ənənəvi qonaqpərvərliyinizə görə bütün Slovakiya nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, bu yaxşı haldır ki, biz artıq konkret layihələr barədə danışmağa hazırıq və indi bu mövzuları müzakirə edirik.
Hörmətli cənab Prezident, çox təfərrüata varmadan deyə bilərəm ki, bizi birləşdirən məfhumlar, birgə məqamlar çoxdur. Avropa İttifaqına üzv ölkə olmağımıza baxmayaraq, bizi birləşdirən praqmatik yanaşmadır. Bizi birləşdirən suveren xarici siyasətdir, o siyasət ki, Siz də həyata keçirirsiniz və biz də buna çalışırıq. Eyni zamanda, bizi o fakt birləşdirir ki, biz dünyaya hər dörd istiqamətdə baxırıq, yalnız Qərb və ya bir istiqamətdə köklənmirik. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq. Əlbəttə ki, başqalarının işlərinə müdaxilə olunmaması, ərazi bütövlüyünün aliliyi bizim üçün ən başlıca amillərdir.
Cənab Prezident, Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Bu, Sizin beşinci prezidentliyinizdir. Bu, çox mühüm bir nailiyyət və uğurdur. Eyni zamanda, Sizi ölkənizdə aydın görünən tərəqqi münasibətilə təbrik edirəm.
Ərazi bütövlüyünün bərpası məsələsinə gəldikdə, Siz dünyanın digər bölgələri üçün nümunəsiniz. Məncə, bu, ən yüksək səviyyədə qiymətləndirilməlidir.
Cənab Prezident, Sizi Slovakiyada görməyimizə çox şad olardıq. Siz sadəcə tarixi seçin və özünüzlə ən böyük nümayəndə heyəti gətirin, işgüzar dairələri cəlb edin. İnanıram ki, müzakirə etməyə mövzularımız çox olacaq. Çünki bir az bundan öncə müzakirə etdiyimiz məsələlər onu nümayiş etdirir ki, perspektivlər çox böyükdür.
12.01
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fiko ilə geniş tərkibdə görüşü başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
11.56
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Slovakiyanın Baş naziri Robert Fiko ilə təkbətək görüşü başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
11.10
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Slovakiyanın Baş naziri Robert Fiko ilə təkbətək görüşü başlayıb.