“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişiklik edilib. Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham ƏIiyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin Nazirlər Kabinetinə “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bizim.Media