Siyasət

Nina Lutteryohan: “Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı dəstəkləyir” – ÖZƏL

“Azərbaycan ilə Almaniya arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir. Bu yaxınlarda biz cənab Əliyevin Almaniyaya səfərinin şahidi olduq”.  Bu fikirləri Bizim.Media-ya açıqlamasında Almaniyanın Münaqişə və Zorakılıq üzrə Sahələrarası Tədqiqat İnstitutunun tədqiqatçısı, politoloq Nina Lutteryohan deyib. Lutteryohan hesab edir ki, Almaniya Fransadan fərqli olaraq haqlı tərəf olan Azərbaycanı dəstəkləyir və bu dəstəyini davam etdirəcək. Almaniya-Azərbaycan münasibətlərində dinamikanın artmasının əsas səbəbi nədir?  “Almaniya ilk növbədə iqlim məqsədlərini dəstəkləmək istəyir və Bakıda keçiriləcək COP29-un uğurlu olmasını istəyir. Bundan başqa, Azərbaycan Almaniya üçün mühüm geostrateji tərəfdaşdır və xüsusilə bu səbəbdən əlaqələri intensivləşdirməyə çalışır.  Almaniya və Fransa bir neçə siyasi qərarla bağlı fərqli fikirlərə malikdirlər. Almaniya Fransanın etdiyi və dilə gətirdiyi kimi Ukraynaya qoşun göndərilməsini dəstəkləmədi. Fransa Qarabağla bağlı daha sərt kurs aparır. Məsələn, Ermənistanı daha çox dəstəkləməklə öz mövqeyini göstərir. Almaniya isə Azərbaycanı tərəfdaş hesab etdiyi üçün Bakıya dəstək verir”. AŞPA-da almaniyalı deputatın Azərbaycan qarşı mövqeyinə də toxunan Lutteryohan, onun mövqeyinin Berlinin maraqlarına uyğun olmadığını deyib. “Almaniya hökuməti nümayəndə heyətinin bəyanatını dəstəkləmir. Deyə bilərəm ki, bu, sadəcə həmin millət vəkilinin fikridir”, - deyə N. Lutteryohan əlavə edib. Tehran Orucoğlu, Bizim.Media