Siyasət

Azərbaycan XİN rəhbəri Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdə Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıqlar barədə müzakirə aparıb.  Bizim.Media xəbər verir ki, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.  Bizim.Media