Siyasət

Almatıda Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü başladı (YENİLƏNİB)

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb. Qaynarinfo xəbər verir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil. 09.30   Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. 08.30   Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Qaynarinfo-nun xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.