Makedoniyalı İsgəndərin hamamı tapılıb. Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Makedoniya çarlığının Ayqay şəhərində yerləşən, sarayının daxilində mərasim mərkəzi, dini abidə, teatr, gimnastika məktəbi və qəbirlər aşkarlanıb. Arxeoloqlar sahəsi 15 min kvadrat metr olan sarayda yeniyetmə İsgəndərin həmyaşıdları ilə çimdiyi hamam otağı da aşkarlayıblar. Həmin həmyaşıdları daha sonra İsgəndərin ordusunda komandir olublar. Makedoniyalı İsgəndər eramızdan əvvəl 336-cı ilə hakimiyyətə gəlib və 13 il ərzində Yunanıstandan Misirə və Hindistana qədər böyük imperiya qurub. Bizim.Media