"Biz uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və digər təsisatlar da eyni mövqedən çıxış etdilər. Lakin əsas məsələ odur ki, beynəlxalq prinsiplərin bərqərar olması əsasən böyük dövlətlərin fəaliyyəti ilə əlaqədardır". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib. O bildirib ki, dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var: "İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hanısa dövlətlərin maraqlarından ibarət deyil". Bizim.Media