Siyasət

Azərbaycanla sərhəddən çıxarılan Rusiya hərbçiləri hara gedəcək?

Rusiya Federal Tədqiqat Xidmətinin rəhbəri vəzifəsinə namizəd Aleksandr Bortnikov bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttindən öz əməliyyat qruplarını geri çəkəcək.  Qaynarinfo xəbər verir ki, o, bu qərarın Ermənistanın müvafiq müraciətindən sonra verildiyini açıqlayıb. Bununla belə, Rusiya sərhədçiləri İrəvanın tələbi ilə Ermənistanın Türkiyə və İranla sərhədini qorumağa davam edəcək. "Bizim Ermənistanda sərhədçilərin timsalında mövcudluğumuz qalır, amma məsələ başqa cür müzakirə olunmayıb. Onlar bizdən Türkiyə və İranla sərhədi qorumaq üçün funksional vəzifələrimizi yerinə yetirməyi davam etdirməyimizi xahiş edirlər", deyə Bortnikov Federasiya Şurasının iclasında bildirib. FTX sərhəd xidmətinin müvəqqəti əməliyyat qrupları Ermənistan və Azərbaycan sərhədinin hələ qanuni olaraq müəyyən edilməmiş hissələrini tərk edəcək. Həmçinin, Rusiya tezliklə Zvartnots Beynəlxalq Hava Limanında keçid məntəqəsini bağlayacaq. Aprelin 22-də Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi başlayıb. İrəvan Qazaxın dörd kəndini Bakıya verib. Tərəflər təsdiq edilmiş sərhəd xətləri ilə protokolu mayın 15-dək imzalamağı planlaşdırır.  Aydın