Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Zəngəzurda gömrük mərkəzinin yaradılması üçün Ermənistana 12 milyon avro kredit verəcək.
Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti ilə EBRD arasında müvafiq saziş imzalanıb.
Yeni mərkəz digər dövlət müfəttişliklərinin nümayəndələrini "bir pəncərə” prinsipi üzrə bir araya gətirəcək.
Sənədi EBRD-nin İrəvanda keçirilən illik iclası zamanı Ermənistanın maliyyə naziri Vahe Ovannisyan və bank nümayəndələri imzalayıblar.