Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Sinqapur Parlamentinin sədri Seah Kian Peng ilə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin sədri rəsmi "X" hesabında məlumat paylaşıb. "Görüş çərçivəsində ölkələrimizlə parlamentlərarası əlaqələr, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu", - deyə spiker qeyd edib. Bizim.Media