Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Rusiya sülhməramlıları ilə vida mərasimi üçün Xocalıya gedib. Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" nəşri yazıb. Mənbə qeyd edir ki, Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Rusiya Şərqi Hərbi Dairə Qoşunları Baş Komandanının birinci müavini Yevgeni Nikiforov da mərasimə qatılıb. Xatırladaq ki, Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. Bizim.Media