Slovakiyanın Baş naziri Robert Fikonu yaralayan şəxsin kimliyi müəyyənləşib. Bizim.Media xəbər verir ki, bu barədə ölkə mediasında məlumatlar yayılıb.
Bildirilib ki, Baş nazirə atəş açan şəxs Slovakiyanın Levitsa şəhərində doğulmuş 71 yaşlı yazıçı Juraj Cintuladır. O, müxalif “Tərəqqiçi Slovakiya” partiyasının tərəfdarıdır. Hazırda hüquq-mühafizə orqanları onun motivlərini araşdırır. Hələlik bu məlumat rəsmi təsdiqlənməyib. Bizim.Media