Mayın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Bizim.Media xəbər verir ki, Lukaşenkonu gətirən təyyarə artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Belarus liderini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Bizim.Media