Siyasət

Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəldi (Yenilənib)

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

Relort BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.

19:35 Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yollanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.