Siyasət

Nobel mükafatı laureatı Bakıya gələcək - SƏBƏB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncər may ayının 30-da Azərbaycana gələcək. Bizim.Media xəbər verir ki, bunu AMEA prezidenti akademik İsa Həbibbəyli deyib. Məlumata görə, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib. Qeyd edilib ki, Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycana səfəri iyun ayının 6-dək davam edəcək. Bizim.Media