Digər

“Trabzonspor”un futbolçusu İspaniya klubuna keçir

"Trabzonspor"un futbolçusu Tomas Menye İspaniyaya yollanmağa hazırlaşır.  Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Atletiko" belçikalı üçün hərəkətə keçib.  2024-cü il yanvar ayında "Borussiya"dan ayrılaraq "Trabzonspor"a keçən Menyenin Türkiyədə qalmağa daha müsbət yanaşdığı iddia olunur. O, Superliqa klubunda 16 matça çıxıb, 1 qol vurub və 6 asist edib.  "Atletiko" isə onun transferi üçün lazım olan məbləği Türkiyə klubuna ödəyəcək. Tomasın müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir. Rəşad Rafiqoğlu, Bizim.Media