Siyasət

Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşdü - Dialoq davam edəcək

Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistanın parlament sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında ikinci görüşü keçirilib. Milli Məclisdən Qaynarinfo-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib. Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.