Dünya

Türkiyənin Qırğızıstandakı səfirliyi Bişkekdəki vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Türkiyənin Qırğızıstandakı səfirliyi öz vətəndaşlarına Bişkekdə kütləvi tədbirlərə getməmək barədə xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Diplomatik nümayəndəlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə etirazlarından sonra axşam saatlarında Qırğızıstan paytaxtının əyləncə məkanlarına getməməyə çağırıb. Qeyd edək ki, mayın 13-də Bişkekdə əcnəbilərin məskunlaşdığı hostellərdən birinin həyətində dava düşüb.  İğtişaşlar zamanı bir neçə yerli sakin döyülüb. Bizim.Media