Siyasət

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

“Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır”. Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.  

Uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmadığını bildirən dövlətimizin başçısı deyib:  “Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”. Bizim.Media