Siyasət

İran səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatdı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirinin diplomatik missiyasının son günü hər iki tərəfin prezidentləri tərəfindən Xudafərin və Qız Qalası birgə bəndlərinin istismarı ilə eyni vaxta təsadüf edib. Qaynarinfo xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün (bazar günü) sosial şəbəkədə öz rəsmi səhifəsində yazıb: "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurlu model olan Xudafərin və Qız Qalası birgə bəndləri İran İslam Respublikası və Azərbaycan Respublikasının prezidentlərinin iştirakı ilə rəsmi şəkildə istifadəyə verilib. Dövlət başçılarının görüşü ilə iki qonşu ölkənin münasibətlərində yeni bir səhifə açıldı, qonşuluq siyasətində daha bir uğur əldə edildi.”