"İran helikopterinin qəzaya uğramasına səbəb pis hava şəraiti olub". Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlireza Sanei jurnalistlərə açıqlamasında deyib. "Helikopter pis hava şəraiti səbəbindən çətin eniş edib" – deyə Sanei bildirib. Onun sözlərinə görə, xilasedicilər təyyarə qəzasından sonra həlak olanların hamısının cəsədlərini müəyyən ediblər. Qeyd edək ki, mayın 20-də İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin öldüyünü təsdiqləyib. Tasnim agentliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub. Meyitlərin tapılması əməliyyatı başa çatıb və onlar Təbrizə göndərilib. Bizim.Media