Macarıstan Milli Assambleyası sədrinin birinci müavini Azərbaycana səfər edəcək. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə "X" hesabında bildirib. "Azərbaycana səfərinə hazırlıq çərçivəsində Macarıstan Milli Assambleyası sədrinin birinci müavini xanım Marta Matrai tərəfindən qəbul olunmaq və ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı hərtərəfli müzakirələr aparmaq şərəfinə nail oldum", - diplomat paylaşımında qeyd edib. Bizim.Media