Siyasət

Ədliyyə nazirinin səlahiyyətləri ARTIRILDI - FƏRMAN

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, ədliyyə nazirinin səlahiyyətləri artırılıb. Belə ki, o, nazirliyin baş idarələrinin və idarə rəislərini vəzifəyə təyin və azad edə biləcək.  Əvvəllər bu proses Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilirdi. Bizim.Media