“X” sosial media platformasının Türkiyədə nümayəndəliyi açılıb. Bizim.Media xəbər verir ki, bunu jurnalaistlərə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu açıqlayıb. Uraloğlu bildirib ki, təmsilçi təyin olunmayandan sonra platformaya reklam qadağası tətbiq edilib: “Bu tədbir nisbətən təsirli oldu. Qrupu daraltmağa qərar verdik və bunu onlara çatdırdıq”. Nazir qeyd edib ki, Türkiyə tərəfi atacağı addımları şirkətin müvafiq şəxslərinə çatdırdıqdan sonra “X” rəsmiləri şirkətqurma prosesinə başlayıblar. Bizim.Media