Siyasət

Paşinyan kilsəyə qarşı: "Biz bu məsələni iki-üç aya həll edəcəyik"

Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqratın rəhbərlik etdiyi müxalif hərəkatının mitinqləri fonunda Erməni Apostol Kilsəsinin tarixən "təsir agenti" olduğunu bəyan edib.

Bu barədə o, parlamentdəki çıxışı zamanı bildirib.

"Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə "təsir agenti"nə çevrilirdilər. Deyəsən indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya biz bu məsələni həll edəcəyik", - o vurğulayıb.