Siyasət

Prezident Emoməli Rəhmonu COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib. Qaynarinfo xəbər verir ki, bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib. "Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, - dövlət başçısı bildirib.