Siyasət

Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək. ABŞ-nin Bakıdakı səfirliyindən Qaynarinfo-ya verilən məlumata görə, səfər zamanı Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək, davamlı və ləyaqətli sülhə nail olmaq yolları müzakirə olunacaq. Onun Azərbaycan və Ermənistana səfəri zamanı sülh prosesinə dəstək üçün əsas maraqlı tərəflərlə görüşləri planlaşdırılır.