Siyasət

Azərbaycan və Ermənistan 12,7 kilometrlik sərhəd xətti MÜƏYYƏN ETDİ

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.  Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.  "Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.  Bizim.Media